"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir".
FAN.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.
"Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Qəza zamanı təyyarədə 180 nəfər olub.