“Volkswagen”lə motosiklet toqquşub, xəsarət alan avar Foto

21.12.2019 15:30 303 Hadisə

Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

FAN.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın hadisə yerində olan müxbirini məlumat verib. Hadisə zamanı motosiklet 99-UJ-693 dövlət nömrə nişanlı “Volkswagen”lə toqquşub.

Qəza Həsən Əliyev küçəsində qeydə alınıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb və çağırılan təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb. Şahidlər sürücünün boynunun qırıldığını bildiriblər.

Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.

Hadisədən sonra yolda tıxac yaranıb.

Oxşar xəbərlər

Xəbər lenti