Xalq artistinin xarici ifaçı ilə gözlənilən dueti

25.07.2019 12:10 371 Şou-biznes

Xalq artisti Aygün Kazımova ilə rusiyalı ifaçı Filipp Kirkorov "Jara" beynəlxalq musiqi festivalında səsləndirəcəkləri dueti təqdim ediblər.

Fan.Az Axşam.az-a istinadla xəbər verir ki, onlar birlikdə "Jalma" mahnısını səsləndiriblər. Alişer tərəfindən yenidən hazırlanan mahnını sənətçilər iyulun 26-da "Jara"da oxuyacaqlar.

Qeyd edək ki, ötən il "Jara" festivalında Filipp xanım ifaçı ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Aygün isə Kirkorovun təklifinə müsbət cavab verib.

Oxşar xəbərlər

Xəbər lenti