Xərçəng aşkar edilmiş aparıcı: "Mən güclü qadınam, xəstəlikdən qorxmuram"

08.08.2019 18:37 333 Şou-biznes

Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.

Fan.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.

Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:

"Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə PaşayevayaMOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".

Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."

Qeyd edək ki, Zərifə Çobanzadə "Xeyirli axşamlar""Kalorit" proqramlarının layihə rəhbəriaparıcısı olub.

Zarifa Chobanzadeh.jpg (70 KB)

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti