“Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir

07.12.2019 14:07 541 Ölkə

"Xəzər” Televiziyasında rəhbərliyin dəyişdirilməsi və təhvil-təslim işlərinə start verilib.

FAN.AZ konkret.az-a istinadla xəbər verir ki, artıq kanala yeni müavin də təsdiq edilib. Telekanalın rəhbəri Şamxal Həsənovun isə tezliklə işdən kənarlaşdırılacağı deyilir. "Xəzər”TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.

Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti