Xəzərdə zəlzələ oldu

15.02.2020 19:00 312 Hadisə

Xəzərdə zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Məlumata görə, 4,3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.

Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti