Yol polisində növbəti rəis təyinatı

06.09.2019 16:27 197 Siyasət

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Fan.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev təyinatı təsdiqləyib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti