Yolu bağlamış minik avtomobili ərazidən təxliyyə edilib Video

24.01.2020 19:43 166 Nəqliyyat və avto

Bakının Yasamal rayonunun Zərgərpalan küçəsində "Mercedes ML” markalı minik avtomobilin qeyri-qanuni parklanması, təxminən, yarım saat müddətində yolda hərəkətin dayanmasına səbəb olub.

Bu barədə FAN.AZ-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bu müddətdə küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb və Agentliyin əməkdaşları avtomobili ərazidən təxliyyə ediblər.

Oxşar xəbərlər

Xəbər lenti