Yunanıstanın Baş Naziri Türkiyə Prezidentinə başsağlığı verib

25.01.2020 13:42 81 Dünya

Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

FAN.AZ xəbər veir ki, bu barədə Yunanıstan Baş Nazirinin rəsmi saytında məlumat verilib.

"Baş Nazir Kiriakos Mitsotakis Türkiyə Prezidentinə zəng edərək bu ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar türk xalqına başsağlığı verib və həmrəyliyini ifadə edib. Baş nazir Yunanıstanın axtarış və xilasetmə işlərində Türkiyəyə kömək etməyə hazır olduğunu qeyd edib. Türkiyə Prezidenti Baş Nazirə təşəkkür edərək, vəziyyətin hazırda nəzarət altında olduğunu deyib”, - məlumatda qeyd olunub.

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias da öz növbəsində türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

Nazir bu barədə "Facebook" səhifəsində bildirib.

“Zəlzələnin təsirinə məruz qalanlara lazım olan bütün yardımları göstərmək üçün Türkiyə hökumətinə dəstək verməyə hazırıq”, - deyə o, qeyd edib.

XİN başçısı ehtiyac duyulduğu təqdirdə xilasetmə qruplarının Türkiyəyə getməsi üçün onların hazır vəziyyətə gətirilməsi ilə əlaqədar Vətəndaş Müdafiəsi naziri Mikalis Krisohoidis ilə danışdığını da bildirib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti